Zərif təyyarənin vurulmasına görə üzr istədi

Zərif təyyarənin vurulmasına görə üzr istədi
  11 Yanvar 2020    Oxunub:4252
İran Ukraynaya məxsus təyyarənin insan səhvi ucbatından vurulduğunu etiraf edib.
Azvision.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif özünün "Twitter" səhifəsində yazıb.

"Kədərli bir gündür. Silahlı Qüvvələrin daxili araşdırmasının ilkin nəticələrinə görə, ABŞ avantürizminin səbəb olduğu böhran fəlakətlə nəticələndi”,- deyə Zərif yazıb.

O, təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib və onlardan üzr istəyib.

Xatırladaq ki, Kiyevə uçan Ukraynaya məxsus "Boeing 737-800" təyyarəsi Tehran yaxınlığında qəzaya uğrayıb. Rəsmi məlumata görə, hadisə nəticəsində 176 nəfər ölüb. Onlar İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşlarıdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Təyyarə   Qəza  





Xəbər lenti