İran Ukrayna təyyarəsinin səhvən vurulduğunu etiraf etdi
Azvision.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, təyyarə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi obyektinin yaxınlığında uçduğu üçün səhvən vurulub və bu, qəsdən edilməyib.
Qeyd edək ki, göyərtəsində 176 nəfər olan təyyarə çərşənbə günü Tehran hava limanından havaya qalxandan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəzadan sağ çıxan olmayıb. Hadisə nəticəsində 176 nəfər ölüb. Onlardan 82 nəfəri İran vətəndaşıdır.
Azvision.az