Basketbol üzrə milliyə yeni baş məşqçi təyin olundu

Basketbol üzrə milliyə yeni baş məşqçi təyin olundu
  11 Yanvar 2020    Oxunub:3273
Azərbaycan Basketbol Federasiyasında Rəyasət Heyətinin iclası keçirilib.
Azvision.az federasiyaya istinadən xəbər verir ki, iclasda Azərbaycan Basketbol Federasiyasının 2020-ci ilin iş planı, işçi komissiyaların təsdiq edilməsi, Jr.NBA Liqasına hazırlıq prosesi və digər təşkilati məsələlər müzakirə edilib.

Məşqçilər Şurasının təklifi ilə Tahir Baxşiyev on altı yaşadək basketbolçulardan ibarət Azərbaycan milli yığma komandasının baş məşqçisi təyin edilib.

Azvision.az



Teqlər: Basketbol   Milli   Təyinat   Məşqçi  





Xəbər lenti