Pompeo İrandakı qəzanın mümkün səbəbini açıqladı

Pompeo İrandakı qəzanın mümkün səbəbini açıqladı
  10 Yanvar 2020    Oxunub:2552
“Ukraynanın “Boeing 737-800” təyyarəsinin İranda qəzaya uğramasının səbəbi texniki nasazlıq ola bilər, ancaq istintaqın nəticələrini gözləmək lazımdır”.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

Pompeo hazırda istintaqın davam etdiyini vurğulayaraq, iranlıların tam əməkdaşlıq edəcəyinə ümidvar olduğunu söyləyib.

"Mən məlumatları gördüm və yalnız onu deyə bilərəm ki, bu məsələdə çox tez yekun səbəb tapılmalıdır. Biz qəzanın əsas səbəbini bilməliyik. Ola bilsin ki, bu, texniki nasazlıq səbəbindən baş verib”, -deyə dövlət katibi qeyd edib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: İran   Pompeo   Qəza   Təyyarə  





Xəbər lenti