Millimizin futbolçusu klubsuz qaldı

  10 Yanvar 2020    Oxunub : 2095
Millimizin futbolçusu klubsuz qaldı
Moskvanın “Dinamo” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Tərəflər cari ilin yayına qədər olan müqaviləni ləğv ediblər.

Qeyd edək ki, 23 yaşlı azərbaycanlı futbolçu ötən il "Krılya Sovetov"dan “Dinamo”ya keçib. O, paytaxt klubunda keçirdiyi 9 oyunda qol vurmayıb.

Azvision.az

Teqlər: Ramil-Şeydayev