Aslan İlyasov Salyanda dəfn olunacaq

Aslan İlyasov Salyanda dəfn olunacaq
  20 Dekabr 2013    Oxunub:2281
Azərbaycanın məşhur qarmon ifaçısı Aslan İlyasov uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Bu barədə AzVision.az-a mərhumun ailə üzvləri məlumat verib.
Onun oğlunun verdiyi məlumata görə, Aslan İlyasov sabah doğulduğu rayonda torpağa tapşırılacaq.

“Bu gün saat 13:00 radələrində vəfat edib. O, sabah səhər Salyan rayonunda dəfn olunacaq. Yas mərasimi rayondakı bağ evində olacaq”.

Qeyd edək ki, 1948-ci ildə anadan olan sənətkar bir müddət idi ki, qara ciyər serrozundan əziyyət çəkirdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti