İranın ABŞ bazasına atdığı raketin FOTOLARI

İranın ABŞ bazasına atdığı raketin  FOTOLARI
  08 Yanvar 2020    Oxunub:2929
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İraqdakı ABŞ bazalarına atdığı, amma partlamayan bir raketin fotoları yayılıb.
Azvision.az xəbər verir ki, fotolar İraq mediasında paylaşılıb. Bildirilib ki, raketlər Hit şəhəri yaxınlığına düşüb.

Xatırladaq ki, İran tərəfindən bu gün səhər saatlarında ABŞ-ın İraqdakı iki hərbi bazası raket hücumuna məruz qalıb.
Məlumat görə, atılan raketlərdən ikisi partlamayıb. İran mətbuatı 80 nəfərin öldüyünü yazsa da, ABŞ və İraq tərəfindən məlumat təsdiqlənməyib.





Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   İraq   Raket  





Xəbər lenti