ABŞ-ın İrəvandakı səfirliyi vizaların verilməsini dayandırdı

ABŞ-ın İrəvandakı səfirliyi vizaların verilməsini dayandırdı
  08 Yanvar 2020    Oxunub:1982
ABŞ-ın İrəvandakı səfirliyi vizaların verilməsini müvəqqəti dayandırıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, buna səbəb Yaxın Şərqdə baş verən son hadisələrdir.

Məlumata görə, səfirliyin ərazisinə girişlə bağlı təhlükəsizlik tədbirləri də gücləndirilib. Xüsusilə, binaya böyük çantalarla girmək qadağandır və onları təhlükəsizlik işçilərinin yanında qoymağa da icazə verilmir.

Qeyd edək ki, ABŞ-ın Bağdadda iranlı general Qasım Süleymaninin öldürülməsi əməliyyatından sonra bölgədə vəziyyət gərginləşib. Buna cavab olaraq, İran tərəfi İraqdakı ABŞ bazasına raket zərbələri endirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   İrəvan   Səfirlik   Viza  





Xəbər lenti