Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb

Qəzaya uğrayan təyyarənin “qara qutu”su tapılıb
  08 Yanvar 2020    Oxunub:3275
İranda qəzaya uğrayan Ukraynaya məxsus “Boeing-737” təyyarəsinin "qara qutu"su tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə İRİB məlumat yayıb.

Məlumata görə, "qara qutu" Tehran yaxınlığında tapılıb və ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, qəzaya uğrayan təyyarənin göyərtəsində 180 nəfər olub. Qəza nəticəsində onların hamısının həlak olduğu bildirilir.



Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Təyyarə   Qəza  





Xəbər lenti