Putin İstanbulda səfərdədir - Yenilənib

 Putin İstanbulda səfərdədir -  Yenilənib
  08 Yanvar 2020    Oxunub:4406
Rusiya Prezidenti Vladimir Putin yanvarın 7-də Türkiyəyə səfərə gedib.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Putin İstanbul şəhərindədir. Bu gün rəsmi tədbirlər planlaşdırılmayıb. İşçi proqram yanvarın 8-ə nəzərdə tutulub.

Qeyd edək ki, Putin sabah İstanbulda “Türk axını" qaz boru kəmərinin istismara verilməsi ilə bağlı mərasimə qatılacaq.

Bundan başqa, Putinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub. Səfər çərçivəsində Rusiya-Türkiyə əməkdaşlığı, aktual beynəlxalq məsələlər, eləcə də Suriya və Liviyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılacaq.

Azvision.az



Teqlər: Putin   Ərdoğan  





Xəbər lenti