Pakistanda qırıcı qəzaya uğrayıb, pilotlar ölüb

Pakistanda qırıcı qəzaya uğrayıb, pilotlar ölüb
  07 Yanvar 2020    Oxunub:1740
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus F-7 PG qırıcısı ölkənin şimalında, Pəncab əyalətində qəzaya uğrayıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində hər iki pilot həlak olub.

Məlumata görə, qəza hava qüvvələri bazasının yerləşdiyi Mianvali rayonunda baş verib. Qırıcının təlim uçuşu zamanı qəzaya düşdüyü bildirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Pakistan Müdafiə Nazirliyi yanında xüsusi komissiya faktla bağlı araşdırma aparır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Pakistan   Qəza   Qırıcı  





Xəbər lenti