Ronaldodan het-trik, “Yuventus” qələbə qazandı

Ronaldodan het-trik, “Yuventus” qələbə qazandı
  07 Yanvar 2020    Oxunub:3031
İtaliya A seriyasında 18-ci turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, çempionluğa iddialı olan "Yuventus" öz meydanında "Kalyari" komandası ilə qarşılaşıb. Maraqlı anlarla yadda qalan görüş Turin klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb. "Yuventus"un heyətində qollardan üçünü portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo vurub.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 45-ə çatdıran "Yuventus" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Azvision.az



Teqlər: Yuventus   Ronaldo  





Xəbər lenti