Boksçularımız təlim-məşq toplanışına start verib

Boksçularımız təlim-məşq toplanışına start verib
  06 Yanvar 2020    Oxunub:2969
Kişi boksçulardan ibarət Azərbaycan millisi yeni ildə ilk təlim-məşq toplanışına start verib.
Azvision.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, komandamızın baş məşqçisi Umberto Orta Dominqes hazırlığa 18 boksçu dəvət edib.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan təlim-məşq toplanışı 9 gün davam edəcək. Gündə 2 dəfə keçirilən məşqlərdə əsas diqqət funksional hazırlığa yönələcək.

Toplanış yanvarda Tailandda keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə (təlim-məşq toplanışına) və Türkiyədə təşkil olunacaq Əhməd Comərdin xatirəsinə həsr edilmiş turnirlərə hazırlıq xarakteri daşıyır.

Azvision.az



Teqlər: Boks   Təlim  





Xəbər lenti