Kataloniya derbisində qalib müəyyənləşmədi

Kataloniya derbisində qalib müəyyənləşmədi
  05 Yanvar 2020    Oxunub:2676
İspaniya La Liqasında 19-cu turun daha bir oyunu keçirilib.
Azvision.az xəbər verir ki, turun mərkəzi görüşündə “Espanyol” və “Barselona” komandaları üz-üzə gəliblər. “Kornelya El Prat” stadionunda keçirilən Kataloniya derbisi 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu matçdan sonra “Barselona” xallarının sayını 40-a çatdıraraq yenidən turnir cədvəlində birinci pilləyə yüksəlib, “Espanyol” isə 11 xalla sonuncudur.

Azvision.az



Teqlər: Barselona  





Xəbər lenti