FİFA "ofsayd" qaydasını dəyişə bilər

  01 Yanvar 2020    Oxunub : 1692
FİFA "ofsayd" qaydasını dəyişə bilər
FİFA oyundankənar vəziyyətin müəyyənləşdirilmə qaydasına dəyişiklik edə bilər.
Azvision.az xəbər verir ki, hazırda FIFA ofsaydı üzə çıxarmağın yeni yolunu nəzərdən keçirir. Artıq oyunçu rəqibə nəzərən bütün bədəni ilə qapıya yaxın olacağı təqdirdə qayda pozuntusu qeydə alınacaq.

FIFA dəyişikliyə qərar versə, futbol qaydalarına cavabdeh olacaq Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət etməli olacaq. IFAB isə yeniliyi sınaqdan çıxarmalı olacaq. Nəticə uğurlu olsa, bu, oyun qaydalarına daxil ediləcək.

Ofsaydın müəyyənləşdirilmə qaydası sonuncu dəfə 1990-cı ildə dəyişikliyə məruz qalıb. Bunadək oyunçu rəqiblə eyni xətdə olduqda ofsayd sayılırdı.

Azvision.az

Teqlər: FİFA