London derbisini “Çelsi” qazandı

London derbisini “Çelsi” qazandı
  30 Dekabr 2019    Oxunub:3500
Futbol üzrə İngiltərə Premyer Liqasında 20-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu gün London derbisi keçirilib. “Arsenal” öz meydanında “Çelsi” ilə qarşılaşıb. Əzəli rəqiblərin görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra 35 xalı olan "Çelsi" klubu turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb, "Arsenal" isə 24 xalla 12-ci yerdədir.

Azvision.az



Teqlər: Çelsi   Arsenal  





Xəbər lenti