İbrahimoviç 7 ildən sonra “Milan”a qayıtdı

  27 Dekabr 2019    Oxunub : 2840
İbrahimoviç 7 ildən sonra “Milan”a qayıtdı
"Los-Anceles Qalaksi" klubundan ayrılan məşhur futbolçu Zlatan İbrahimoviç "Milan"a qayıdıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə 2020-ci ilin iyun ayınadək müqavilə imzalanıb. İbrahimoviçin İtaliya klubunda 6 aya 3 milyon avro qazanacağı bildirilir.

Qeyd edək ki, isveçli futbolçu 2010-2012-ci illərdə "Milan"da çıxış edib.

Azvision.az

Teqlər: İbrahimoviç   Milan