PKK-ya qarşı yeni əməliyyat - Tonlarla narkotik aşkar edildi

  PKK-ya qarşı yeni əməliyyat  - Tonlarla narkotik aşkar edildi
  21 Dekabr 2019    Oxunub:3156
Türkiyədə PKK terror təşkilatına qarşı yeni əməliyyata start verilib.
Azvision.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən "Kıran-11 Narko-Terror Əməliyyatı"nda 1280 zabit iştirak edir.

Əməliyyatın keçirilməsində məqsəd terror təşkilatının əsas maliyyə qaynağı hesab olunan narkotik maddələrin ələ keçirilməsidir. "Kıran-11 Narko-Terror Əməliyyatı"nın ilk günlərində tonlarla narkotik maddə aşkar edilib.

Qeyd edək ki, Türkiyədə 2019-cu il ərzində aparılan belə əməliyyatlar zamanı 23 ton heroin, 20 ton marixuana, 40 milyon ton çətənə kolları aşkar edilərək götürülüb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   PKK   Terror   Narkotik  





Xəbər lenti