“Brexit”lə bağlı qanun layihəsi qəbul edildi

  “Brexit”lə bağlı qanun layihəsi qəbul edildi
  20 Dekabr 2019    Oxunub:3611
Britaniya parlamentinin İcmalar Palatası ölkənin Avropa İttifaqından çıxmasına yol açan "Brexit" haqqında qanun layihəsini qəbul edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, "Brexit" üzrə Avropa İttifaqı ilə əldə olunan razılaşmanın daxil edildiyi qanun layihəsinin lehinə 358 deputat, əleyhinə isə 234 deputat səs verib.

Qeyd edək ki, Böyük Britaniyanın 2020-ci ilin yanvarın 31-dək Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı qanun layihəsi indiyədək parlament tərəfindən dörd dəfə qəbul edilməyib.

Dekabrın 12-də keçirilmiş növbədənkənar parlament seçkilərində Mühafizəkarlar partiyasının qələbə qazanmasından sonra vəziyyət dəyişib. Baş Nazir Boris Conson prosesi təxirə salmayaraq "Brexit" barədə sazişi parlamentdə müzakirəyə çıxarıb.

Azvision.az



Teqlər: Britanita   Brexit  





Xəbər lenti