Məşhur fransız aktrisa vəfat edib

 Məşhur fransız aktrisa vəfat edib
  20 Dekabr 2019    Oxunub:3328
Məşhur fransız aktrisası və model Kloden Oje 78 yaşında vəfat edib.
Azvision.az “The Independent”ə istinadən xəbər verir ki, aktrisa uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Kloden Oje daha çox baş rolda oynadığı Ceyms Bondun qızı rolu ilə yadda qalıb. O, 1941-ci ildə Fransanın paytaxtı Parisdə anadan olub, 1958-ci ildə model kimi karyerasına başlayıb. “Polis hekayəsi”, Müqəddəs Januari əməliyyatı”, “Qırmızı və qara” və “Dərimizdəki duz” kimi filmlərdə rol alıb.

Qeyd edək ki, “Dairəvi şimşək” Britaniya xüsusi agenti Ceyms Bond haqqında dördüncü filmdir. Film 1965-ci ildə çəkilib, rejissoru Terens Yanqdır. Oje filmdə Domino Derval rolunu canlandırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Fransa   Aktrisa  





Xəbər lenti