Ərdoğan Həsən Ruhani ilə görüşdü

Ərdoğan Həsən Ruhani ilə görüşdü
  19 Dekabr 2019    Oxunub:2711
Malayziyanın paytaxtı Kuala Lupmurda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Həsən Ruhani ilə görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının “Tvitter” səhifəsində məlumat yerləşdirilib. Bildirilib ki, liderlər ikitərəfli və regional, eyni zamanda beynəlxalq gündəmin əsas məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, 18-21 dekabr tarixlərində Kuala Lumpurda müsəlman dünyasının problemlərini müzakirə etmək və həll yolu axtarmaq məqsədilə sammit keçirilir.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Ərdoğan   Ruhani  





Xəbər lenti