Trampın impiçmentinə dair müzakirələr aparılır

Trampın impiçmentinə dair müzakirələr aparılır
  19 Dekabr 2019    Oxunub:3144
ABŞ Konqresinin Nümayəndələr palatasında impiçment prosesi çərçivəsində Prezident Donald Trampa qarşı iki maddəlik ittiham üzrə müzakirələr aparılır.
Azvision.az TASS-a istinadən xəbər verir ki, 6 saat davam edəcək müzakirələr Trampa qarşı iki - Amerika administrasiyasının hazırkı rəhbərinin vəzifədən sui-istifadəsi və Konqresin təhqiqatına maneə olmaq maddələrindən ibarət ittihamların hər biri üzrə səsvermə ilə bitəcək.

Konqresmenlər ittihamları dəstəkləsə, ABŞ prezidentinə qarşı impiçment elan olunacaq. Donald Tramp hələlik hakimiyyətdən uzaqlaşdırılmasa da, rəsmən “impiçment elan olunan” prezident adlandırılacaq.

Sonrakı proseduralar, o cümlədən hakimiyyətdən kənarlaşdırılma üzrə impiçment prosesi Konqresin yuxarı palatası olan Senata keçiriləcək. Burada senatorların hakim, Nümayəndələr palatası üzvlərinin ittihamçı qismində çıxış edəcəyi məhkəmə prosesi baş tutacaq.

Prosesin sonunda keçiriləcək səsvermədə Trampın vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi lazımdır. Hazırda ABŞ Senatında çoxluğun respublikaçıların əlində olması nəzərə alınsa, çox güman ki, impiçment prosesi bu etapda bloklanacaq.

Xatırladaq ki, Ağ Ev ABŞ Konqresinin Nümayəndələr Palatasına məktub göndərərək, impiçment prosedurunun başlamasına səbəb olmuş araşdırmanın heç bir hüquqi əsası olmadığını bəyan edib.

Nümayəndələr Palatası Trampa qarşı sentyabrın 25-dən impiçmentə başlayıb. Buna səbəb onun Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub. Belə ki, Demokratlar Partiyasının üzvləri Trampın ukraynalı həmkarına Co Baydenin oğluna qarşı korrupsiya işi ilə bağlı istintaqı stimullaşdırması üçün təzyiq göstərdiyini sübut etmək istəyirlər.

Eyni zamanda, Bayden Trampın 2020-ci ildə keçiriləcək seçkilərində ən perspektivli rəqibi hesab olunur.

Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti