“Liverpul” 9,5 milyon dollara hücumçu alır

“Liverpul” 9,5 milyon dollara hücumçu alır
  19 Dekabr 2019    Oxunub:3743
İngiltərənin “Liverpul” futbol klubu Avstriyanın “Zalsburq” komandasının hücumçusu Takumi Minaminonu heyətinə cəlb edəcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı yaponiyalı hücumçunun qış transfer pəncərəsində “Liverpul”a qoşulacağı bildirilir. İngiltərə klubu transfer üçün qarşı tərəfə 9,5 milyon dollar ödəyəcək.

Qeyd edək ki, T.Minamino cari mövsümdə “Zalsburq”un heyətində keçirdiyi 22 oyunda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

Azvision.az



Teqlər: Liverpul   Transfer  





Xəbər lenti