Ermənistanda kəskin bahalaşma gözlənilir

 Ermənistanda kəskin bahalaşma gözlənilir
  18 Dekabr 2019    Oxunub:2440
Gələn il yanvarın 1-dən etibarən Ermənistanda 700-ə yaxın məhsulun qiymətində artım gözlənilir. Azvision.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.
Məlumatda deyilir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmaqla ümumi gömrük tariflərinə də qoşulub. Bu isə xeyli miqdarda məhsula tətbiq edilən gömrük rüsumlarının artması deməkdir.

“Yanvarın 1-dən etibarən 700-ə yaxın malın qiymətində artım gözlənilir. Mütəxəssislər hesab edirlər ki, qiymət artımı ümumiyyətlə insanların ümumi həyat səviyyəsinə əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Kənd təsərrüfatı məhsullarında da qiymət artımı qaçılmazdır. Xüsusilə, yanvarın 1-dən taxıl, toxum, o cümlədən heyvan yemlərinin gömrük rüsumları artacaq. İdxalçılar sərhəddə bu mallar üçün 3-4% çox, gübrələr üçün isə 2.5-4% daha çox ödəyəcəklər”, məlumatda vurğulanıb.

Qeyd edilib ki, digər tərəfdən, 15 yanvar 2020-ci il tarixindən etibarən, heyvan kəsiminin xüsusi kəsim məntəqələrində aparılmasına dair qanunvericilik norması da qüvvəyə minir.

"Mal-qara və ət satışı ilə məşğul olanlar bütün bunların ətin qiymətinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacağından narahatdırlar. Ümumiyyətlə, bəzi erməni iqtisadçıların hesablamalarına görə, yaxın aylarda ölkədə həyat 5-7 faiz bahalaşacaq. Ancaq bu da başlanğıc üçün verilən proqnozdur, yeni ildə bahalaşma faizinin getdikcə artacağı da istisna edilmir".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Ərzaq  





Xəbər lenti