Tramp administrasiyası “erməni soyqırımı” qətnaməsini dəstəkləmədi

Tramp administrasiyası “erməni soyqırımı” qətnaməsini dəstəkləmədi
  18 Dekabr 2019    Oxunub:3120
ABŞ Prezident Administrasiyasının Konqresdə qəbul edilmiş qətnamə layihəsinə baxmayaraq, “erməni soyqırımı” ilə bağlı mövqeyi dəyişməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus bildirib.

"Bizim mövqeyimiz Prezidentin aprel ayındakı bəyanatında öz əksini tapıb", - deyə açıqlamada vurğulanıb.

Tramp qondarma “erməni soyqırımı”nın ildönümü ərəfəsindəki çıxışında bu hadisəni böyük faciə adlandırıb. Əvvəlki prezidentlər kimi, o da “soyqırım” ifadəsini işlətməyib.

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası və Senat qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnamə layihəsini qəbul edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Soyqırım   Tramp  





Xəbər lenti