Ukrayna Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər

Ukrayna Rusiyaya qarşı sanksiyalar tətbiq edə bilər
  17 Dekabr 2019    Oxunub:1837
Ukrayna hökuməti Kiyevin nəzarətində olmayan ərazilərdə yerləşən və Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələri ilə əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq edə bilər.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin cari ilin 27 noyabr tarixli hökumət saytında dərc edilmiş məlumatında deyilir.

Ukraynanın müvəqqəti işğal edilmiş ərazisində olan Rusiya Federasiyasının hərbi-sənaye kompleksinin müəssisələrinə material, avadanlıq və xidmətlər tədarükü ilə məşğul olan hüquqi şəxslərə üç il müddətinə fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi ilə bağlı təklifləri təsdiqləmək və bir ay müddətində Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasına təqdim etmək tapşırılıb.

Bundan başqa, ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasının fərdi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı qərarı qüvvəyə mindikdən sonra Xarici İşlər Nazirliyinə oxşar məhdudlaşdırıcı tədbirlərin tətbiqi məsələsini nəzərdən keçirmək üçün Avropa İttifaqı, ABŞ və digər dövlətlərin səlahiyyətli orqanlarına məlumat vermək tapşırılıb.

Azvision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti