Azərbaycanlı tələbə Avropa çempionu oldu

Azərbaycanlı tələbə Avropa çempionu oldu
  17 Dekabr 2019    Oxunub:2664
Dekabrın 12-15-də Azərbaycanda karatenin Kempo növü üzrə Avropa çempionatı keçirilib.
Azvision.az xəbər verir ki, çempionata 20 ölkədən 600-ə yaxın idmançı qatılıb. Ölkəmizi 63 kq çəki dərəcəsində Azərbaycan Texniki Universitetinin (AzTU) 2-ci kurs tələbəsi Əli Abdullazadə təmsil edib. O, bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Azərbaycan Texniki Universitetinin rektru Vilayət Vəliyev tələbə Əli Abdullazadə ilə görüşüb, uğurlar arzu edib.

Xatırladaq ki, Ə.Abdullazadə 2019-ci ilin mayında karatenin Kempo növü üzrə dünya çempionu olub.



Azvision.az


Teqlər: TexnikiUniversitet   Tələbə   Çempion  





Xəbər lenti