Rusiya və Suriya dənizdə birgə təlimlərə başladı

Rusiya və Suriya dənizdə birgə təlimlərə başladı
  17 Dekabr 2019    Oxunub:2311
Rusiya hərbi dəniz donanması Suriya Hərbi Dəniz Qüvvələri ilə birgə Aralıq dənizinin şərqində təlimlərə başlayıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, manevrlərdə Rusiya yerüstü gəmiləri, “Hmeymim” aviabazasından təyyarələr, raket gəmiləri və Suriya Hərbi Dəniz Qüvvələrinin minaaxtaranları iştirak edir.

Kontr-admiral Aleksandr Yuldaşev bildirib ki, təlimlər müxtəlif taktiki epizodların işlənib hazırlandığı vahid bir əməliyyat fonunda həyata keçiriləcək. Xüsusilə, Rusiya və Suriya gəmilərindən ibarət taktiki qruplar birgə artilleriya atəşi üzrə məşqlər və manevrlər edirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Suriya   Təlim  





Xəbər lenti