İran hökuməti: Həsən Ruhani istefa verməyəcək

      İran hökuməti:    Həsən Ruhani istefa verməyəcək
  17 Dekabr 2019    Oxunub:2520
Prezident Həsən Ruhani istefa verməyəcək. Bu məsələ gündəmdə deyil.
Bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi dekabrın 16-da keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Prezidentin istefasını heç kim istəmir və dəstəkləmir.

Qeyd edək ki, bu məsələ təsadüfən meydana çıxmayıb. Son günlər İranın siyasi dəhlizlərində və mətbuatda Prezidentin istefa vermək məcburiyyətində qalacağı barədə müzakirələr gedir. Ötən həftə yerli mətbuatda Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin də istefa verəcəyi ilə bağlı məlumatlar dərc olunmuşdu. Lakin nazir bəyan etdi ki, o, istefa verməyib və vəzifəsini yerinə yetirməkdədir.

İranda sosial-iqtisadi problemlər dərinləşdikcə, bu kimi məlumatların sayı da artır. İran ictimaiyyəti hesab edir ki, Ruhani-Zərif siyasəti ölkəyə heç bir dividend gətirmir. (AzərTAc)



Azvision.az



Teqlər: İran   Ruhani  





Xəbər lenti