Moskvada Xəzər İqtisadi Forumu ilə bağlı müzakirələr aparıldı

 Moskvada Xəzər İqtisadi Forumu ilə bağlı müzakirələr aparıldı
  16 Dekabr 2019    Oxunub:2700
Moskvada Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin sədrliyi ilə II Xəzər İqtisadi Forumunun hazırlanması və keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası baş tutub.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Oreşkin Rusiyada Xəzər İqtisadi Forumunun keçirilməsinin Xəzəryanı ölkələr ilə əməkdaşlığın genişləndirilməsinə kömək edəcək əlamətdar hadisə olduğunu vurğulayıb: "Buna görə də biz tədbirin hazırlanması, vaxtını, tərkibini, məzmununu müəyyənləşdirmək üçün toplanmışıq”.

Qeyd edək ki, II Xəzər İqtisadi Forumu 2021-ci ildə Həştərxanda keçiriləcək. İki gün davam edəcək tədbir iqtisadi, ekoloji və humanitar mövzulara həsr edilmiş bir neçə müzakirə platformasını bir araya gətirəcək.

Tədbirdə innovasiya, nəqliyyat, liman infrastrukturu üçün avadanlıq, logistika xidmətləri və təhsill sahəsini əhatə edən sərginin təşkili də nəzərdə tutulub.

"Roskonqress” yüksək səviyyəli rəsmilərin iştirakı ilə beynəlxalq tədbirlərin, o cümlədən MDB ölkələri ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş iqtisadi forumların keçirilməsində böyük təcrübəyə malikdir. Bunların arasında Qazaxıstan, Tacikistan, Azərbaycan, Qırğızıstan, Ermənistan da var. Əminəm ki, bu tədbir ən yüksək təşkilati səviyyəsində keçiriləcək”, - deyə “Roskonqress”in direktoru Aleksandr Stuqlev bildirib.

Forum Xəzəryanı ölkələrin hökumətlərinə ticarətin mütərəqqi inkişafında maneələrin aradan qaldırılması və yardım edilməsi barədə işgüzar təkliflər hazırlamağa, dövlətlərarası və beynəlxalq saziş və müqavilələr bağlamağa imkan verəcəkdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva   Forum   Xəzər  





Xəbər lenti