Ermənistanda “Nə? Harada? Nə vaxt” verilişi bağlana bilər

Ermənistanda “Nə? Harada? Nə vaxt” verilişi bağlana bilər
  16 Dekabr 2019    Oxunub:2151
Ermənistan hakimiyyəti son 17 ildə ilk dəfə olaraq, “Nə? Harada? Nə vaxt?" verilişin erməni versiyasını yayımlamaq üçün lisenziya ödənişini maliyyələşdirməyəcək.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, verilişinin aparıcısı Karen Koçaryan tamaşaçılardan şouya lisenziya almaq üçün yardm kampaniyasında iştirak etmələrini istəyib.

“Artıq 17 ildir ki, “Nə? Harada? Nə vaxt” verilişi Ermənistanda efirdədir. 17 il ərzində dövlət dəstəyi verilib. Əlbəttə ki, tamaşaçısız veriliş efirə çıxa bilməz. Bu il hökumət bütün müəllif hüquqlarına sahib olan Rusiyanın "Oyun TV" şirkətindən aldığımız lisenziyanı maliyyələşdirmir”, - deyən Köçəryan pulun yığılacağına əminliyini bildirib.

Onun sözlərinə görə, proqrama baxanların sayı 200 min nəfərə yaxındır. Onların hər biri yalnız 1000 dram (təxminən 2 dollar) köçürsə, veriliş davam edəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Veriliş  





Xəbər lenti