Ərdoğan futbol oyunlarını izləmək üçün Bakıya gələcək

  16 Dekabr 2019    Oxunub : 5342
Ərdoğan futbol oyunlarını izləmək üçün Bakıya gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “AVRO-2020”-nin final mərhələsinin A qrupunun Bakıda keçiriləcək oyunlarını izləmək üçün Bakıya gəlməyi planlaşdırır.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Bakıda iki oyun keçiriləcək və Azərbaycan Prezidenti İlham Əliyevlə bu oyunları birlikdə izləməyi düşünür: “İlham Əliyev qardaşımla bu barədə söhbətimiz olub. O, məni Bakıya dəvət edib. İnşallah, Bakıya gedib və iki oyunu İlham Əliyevlə birlikdə seyr edərik”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ərdoğan   Futbol