Daha bir karateçimiz Venesiyada medal qazandı

  15 Dekabr 2019    Oxunub : 1169
Daha bir karateçimiz Venesiyada medal qazandı
İtaliyanın Venesiya şəhərində gənclərin “Karate 1” Premyer Liqa turnirində Azərbaycan komandası 4-cü medalını qazanıb.
Azvision.az -ın məlumatına görə, karateçimiz Arina Bezrebra (14-15 yaşlı yeniyetmələr, +54 kq) turnirin bürünc medalına sahib olub.

Bundan əvvəl 16-17 yaşlı idmançılardan Polina Qurenko (53 kq) və Ramil Baxşəliyev (55 kq) turnirin gümüş, Əminağa Quliyev (61 kq) isə bürünc medalını qazanmışdı.

Qeyd edək ki, yarışda baş məşqçilər Anar Allahverdiyev (kumite) və Vahid Ayvazovun (kata) rəhbərliyi ilə 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət yığmamız mübarizə aparır.

Dünyanın 65 ölkəsindən 3180 karateçinin qatıldığı turnir bu gün başa çatacaq.

Azvision.az

Teqlər: Karate