Azərbaycan kubokunda 1/4 final başlayır

  15 Dekabr 2019    Oxunub : 1148
 Azərbaycan kubokunda 1/4 final başlayır
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinə start veriləcək.
Azvision.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Belə ki, “Qəbələ” komandası öz meydanında “Sabah” klubunu qəbul edəcək. İnqilab Məmmədovun idarə edəcəyi oyun saat 15:00-da başlayacaq.

İkinci qarşılaşmada “Səbail” və “Zirə” klubları üz-üzə gələcəklər. “ASCO Arena”da keçiriləcək oyunu Kamal Umudlu idarə edəcək.

15 dekabr

Qəbələ” – “Sabah”
“Səbail” – “Zirə”

16 dekabr

“Neftçi” – “Sumqayıt”
“Qarabağ” – “Keşlə”

Azvision.az

Teqlər: Kubok