FHN-dən
Azvision.az -a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov 75 kq çəki dərəcəsində iki qızıl və bir gümüş medal qazanıb. O, üç hərəkətin cəmində 685,5 kq qaldıraraq dünya çempionu olub. Həmçinin, iki hərəkətin cəmində də idmançımız dünya çempionluğu qazanıb.
R.Xəlilov həm də dünya rekordunu qırıb. O, iki hərəkətdə (yerdən qaldırma – 287,5 kq və sinədən sıxma – 173 kq) və ümumi cəmdə (685,5 kq) dünya rekordunu yeniləyib.
Azvision.az