Naxçıvanla sərhəddə yaşayan ermənilər “yoxa çıxır”

  13 Dekabr 2019    Oxunub : 2601
 Naxçıvanla sərhəddə yaşayan ermənilər “yoxa çıxır”
Dərin iqtisadi böhran nəticəsində işğalçı Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd rayonlarında doğum səviyyəsi və əhali sayı kəskin azalıb. Yaranmış vəziyyətdən qurtulmağa çalışan Paşinyan höküməti bir sıra sosial proqramlar icra etməyə çalışsa da, nəticə dəyişmir.
Azvision.az xəbər verir ki, bu barədə erməni deputat Arman Babacanyan özünün “Facebook” səhifəsində yazıb.

“Bu gün uzun danışıqlardan sonra yerli iş adamları və diaspor üzvləri ilə Azərbaycanla sərhəddə yerləşən bütün erməni yaşayış məntəqələrində doğum səviyyəsini, əhali sayını artırmaq məqsədilə genişmiqyaslı proqram hazırlamaq barədə razılığa gəldik” - deyə Babacanyan bildirib.

Xüsusi ilə qeyd edək ki, Vayotz Dzor bölgəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ilə sərhəddir. Bu rayonda son illər dərin iqtisadi tənəzzül və əhali azalması müşahidə olunur, kəndlər sürətlə boşalır.

Azvision.az

Teqlər: Ermənistan   Naxçıvan