Nikola Yurçeviç istefaya göndərildi

Nikola Yurçeviç istefaya göndərildi
  13 Dekabr 2019    Oxunub:3535
Nikola Yurçeviç futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi postundan istefaya göndərilib.
Azvision.az xəbər verir ki, bu barədə AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qərar qəbul olunub.

Xorvatiyalı mütəxəssisin istefaya göndərilməsi Azərbaycan millisinin "AVRO-2020"nin seçmə mərhələsindəki uğursuz çıxışı ilə əlaqədardır. Bu səbəbdən müqaviləsi fevralda başa çatacaq Yurçeviçlə milli komandanın yolları ayrılıb.

Qeyd edək ki, Nikola Yurçeviç Azərbaycan millisinə 2019-cu ilin fevralın 11-də baş məşqçi təyin olunmuşdu.

Azvision.az


Teqlər: AFFA  





Xəbər lenti