ABŞ Senatı “erməni soyqırımı”nı tanıdı - Senator sevincdən ağladı

  13 Dekabr 2019    Oxunub : 6333
ABŞ Senatı “erməni soyqırımı”nı tanıdı - Senator sevincdən ağladı
ABŞ Senatı qondarma “erməni soyqırımı"nı tanıyan qətnamə layihəsini qəbul edib.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 150 saylı qətnamə layihəsi yekdilliklə təsdiqlənib.

Oktyabrın 29-da layihə ABŞ Konqresinin Nümayəndələr Palatasında təsdiqlənib, Senatda bir neçə dəfə səsverməyə çıxarılsa da, bəzi konqresmenlərin ard-arda sənədi bloklamasına görə qəbul edilməmişdi.
Qondarama “erməni soyqırımı” qətnamə layihəsinin müəlliflərindən biri olan demokrat senator Bob Menendez səsvermə zamanı çox emosional reaksiya verib. Belə ki, ermənipərəst senator təşəkkür nitqində göz yaşlarını saxlaya bilməyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ABŞ   Senat   Soyqırım