Fransa XİN: “Rusiya NATO ölkələri üçün təhlükədir”

  12 Dekabr 2019    Oxunub : 1719
 Fransa XİN: “Rusiya NATO ölkələri üçün təhlükədir”
“Rusiyanın hərəkətləri NATO ölkələri üçün təhlükə yaradır”.
Azvision.az xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian Senatda “NATO-nun vəziyyəti və rolu, Fransanın bu ittifaqdakı yeri” mövzusunda keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

“Rusiyanın NATO-ya təhdid yaratdığı açıq şəkildə görünür. Bunu, xüsusən də kibertəhlükəsizlik sahəsində qeyd etmək olar. Ukrayna böhranı ilə Rusiyanın qonşu ölkələr üçün də təhlükə yarada biləcəyi sübut olunub”.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Fransa   Rusiya