Ermənistanda silahlı insident baş verib

  12 Dekabr 2019    Oxunub : 1031
Ermənistanda silahlı insident baş verib
Ermənistanın Dilican rayonunda silahlı insident baş verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində güllə yarası alan 30 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, yaralı əvvəllər dəfələrlə məhkum edilmiş və hazırda daha bir cinayət işində şübhəli bilinən Dilican sakini Arman Qaleçyan, ona atəş açan isə Avak Balyan adlı şəxsdir.

Qaleçyan bir neçə dəfə müxtəlif cinayətlərə görə həbs edilib. O, ötən il məhkəmənin qərarı ilə azadlığa çıxıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Silah   İnsident