“Qarabağ” Avroliqada son oyununa çıxır

  12 Dekabr 2019    Oxunub : 1169
“Qarabağ” Avroliqada son oyununa çıxır
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.
Azvision.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” turnirdə son oyununa çıxacaq. Ağdam klubu Tofiq Bəhramov adına Respublika Stadionunda “Düdelanj”ı qəbul edəcək. Hər iki komanda pley-off mərhələsinə çıxmaq şansını itirdiyindən görüş formal xarakter daşıyacaq.

Qeyd edək ki, Lüksemburqdakı görüşdə "Qarabağ" rəqibini 4:1 hesabı ilə məğlub edib.

Azvision.az

Teqlər: Qarabağ