İsveçrədə 59 yaşlı qadın prezident seçildi

  12 Dekabr 2019    Oxunub : 1088
İsveçrədə 59 yaşlı qadın prezident seçildi
İsveçrənin Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa ölkənin prezidenti seçilib.
Azvision.az “TASS”-a istinadən xəbər verir ki, Federal Məclisin hər iki palatası səsvermə yolu ilə hakim Sosial-demokrat Partiyasının üzvü olan Sommaruqanı prezident postuna seçib.

Qeyd edək ki, Sommaruqa 2014-ci ildən İsveçrənin vitse-prezidentidir. O, eyni zamanda İsveçrə Federal Şurasının üzvüdür. 2018-ci ilədək Ədliyyə və polis naziri olub. Hazırda 59 yaşı var.

Azvision.az


Teqlər: İsveçrə