Kollecdəki yanğında ölənlərin sayı 13 nəfərə çatıb

  11 Dekabr 2019    Oxunub : 1609
Kollecdəki yanğında ölənlərin sayı 13 nəfərə çatıb
Odessada kollecdə baş vermiş yanğın nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Bildirilib ki, 3 nəfərin taleyi naməlum olaraq qalır, itkin düşən şəxslərin axtarışları davam edir.

Ümumilikdə yanğın nəticəsində 30-a yaxın insan xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

Azvision.az

Teqlər: Ukrayna   Kollec   Yanğın