Pompeo ilə Lavrov arasında görüş keçirilib - Yenilənib

Pompeo ilə Lavrov arasında görüş keçirilib -  Yenilənib
  11 Dekabr 2019    Oxunub:3909
Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş başa çatıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş mətbuata qapalı keçirilib.

Danışıqlardan sonra Pompeo və Lavrov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. Bildirilib ki, görüşdə əsasən iki ölkə arasındakı əməkdaşlıq və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Rusiya XİN rəhbəri ABŞ dövlət katibini ölkəsinə rəsmi səfərə dəvət edib. Pompeo dəvətə görə Lavrova təşəkkür edib.



Azvision.az



Teqlər: Lavrov   Pompeo  





Xəbər lenti