Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana verəcək

Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana verəcək
  10 Dekabr 2019    Oxunub:2581
Çexiya keçmiş prezident Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanı Ermənistana ekstradisiya edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan baş prokurorunun müşaviri Qor Abrahamyan öz "Facebook" səhifəsində məlumat yayıb.

"Bununla əlaqədar olaraq Ermənistan Baş Prokurorluğu polisə Narek Sarkisyanın ekstradisiyasını təşkil etməyi tapşırıb", - deyə Abrahamyan əlavə edib.

Xatırladaq ki, daha əvvəl Sarkisyan silah-sursat, partlayıcı maddə və narkotik vasitələri saxlamaqda şübhəli bilinərək axtarışa verilib. 2018-ci ilin dekabrında İnterpol onu Franklin Qonsales pasportu ilə gizləndiyi Praqada tapıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Sarkisyan   İrəvan   Çexiya  





Xəbər lenti