Yuri Lujkov vəfat edib

Yuri Lujkov vəfat edib
  10 Dekabr 2019    Oxunub:4088
Moskvanın keçmiş meri Yuri Lujkov vəfat edib.
Azvision.az “İnterfax”a istinadən xəbər verir ki, Lujkov 84 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, 1992-ci ilin iyununda Lujkov Qavriila Popovdan sonra Moskvanın ikinci meri olub. 18 il bu vəzifədə çalışıb. 28 sentyabr 2010-cu ildə o zamankı prezident Dmitri Medvedev onu "etimad itirdiyinə görə" vəzifəsindən azad edib. O, 9 il (2001-2010) Vahid Rusiya Partiyası Ali Şurasının həmsədri olub, lakin mer vəzifəsindən çıxdıqdan dərhal sonra partiyanı tərk edib.

Lujkov SSRİ-nin və Rusiyanın dövlət xadimi, tanınmış siyasətçi olub. “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb. O, həm də SSRİ-nin əməkdar kimyaçısı, Rusiya Federasiyasının əməkdar inşaatçısı olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Moskva   Mer  





Xəbər lenti