Ermənistan BMT-də Krımla bağlı qətnamənin əleyhinə səs verib

Ermənistan BMT-də Krımla bağlı qətnamənin əleyhinə səs verib
  10 Dekabr 2019    Oxunub:2718
Ermənistan BMT Baş Assambleyası tərəfindən “Krımın, Sevastopolun və Azov dənizi akvatoriyasının hərbiləşdirilməsi problemi haqqında” qəbul edilmiş qətnamənin əleyhinə səs verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, ümumilikdə 63 ölkə Kiyevin təklif etdiyi qətnamənin lehinə səs verib. Sənədin qəbul edilməsinin əleyhinə səs verən ölkələr arasında Ermənistan, Belarus və Qırğızıstan da var.

Kuba, Çin, KXDR, İran, Kamboca, Zimbabve, Burundi, Sudan, Nikaraqua, Venesuela, Serbiya, Suriya, Filippin, Laos və Myanma qətnaməni dəstəkləməkdən imtina edib.

Xatırladaq ki, Ermənistan 2018-ci ilin dekabrında “Krımın hərbiləşdirilməsi problemi” ilə bağlı BMT sənədinin də əleyhinə səs verib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti