Lavrov ABŞ-da səfərdədir

Lavrov ABŞ-da səfərdədir
  10 Dekabr 2019    Oxunub:1893
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Vaşinqtona səfəri başlayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, Lavrov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə ABŞ-ın paytaxtında bir sıra görüşlər keçirəcək.

Rusiyalı nazirin ABŞ-a səfəri bir gündən az davam edəcək, lakin onun proqramı çox sıxdır. Lavrovun Vaşinqtonda ABŞ lideri Donald Tramp tərəfindən qəbul ediləcəyi, dövlət katibi Maykl Pompeo ilə görüşəcəyi və amerikalı politoloqlarla fikir mübadiləsi aparacağı gözlənilir.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri sonuncu dəfə 2017-ci ildə Vaşinqtonda səfərdə olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Lavrov   Səfər  





Xəbər lenti