38 nəfərin olduğu təyyarə qəzaya uğradı

38 nəfərin olduğu təyyarə qəzaya uğradı
  10 Dekabr 2019    Oxunub:1816
Çili Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Antarktida yolunda radarlardan itib, daha sonra qəzaya uğrayıb.
Azvision.az xəbər verir ki, “Hercules C130” təyyarəsi ilə əlaqə kəsiləndən yeddi saat sonra onun qəzaya uğradığı məlum olub.

"Təyyarə ilə əlaqənin itirildiyi ərazidə potensial sağ qalanları xilas etmək üçün axtarış əməliyyat tədbirləri davam etdirilir", - deyə Çili Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.

Qeyd olunub ki, göyərtəsində 17 ekipaj üzvü və 21 sərnişinin olduğu “Hercules C130” təyyarəsi bazar ertəsi günü Punta Arenasdan Eduardo Frey Montalva adına Antarktika bazasına uçub. Gecə yarısı hava gəmisi ilə əlaqə itib. Hərbi Hava Qüvvələrinin məlumatına görə, göyərtədəki heyət bazaya yanacaq verən boru kəmərini yoxlamalı idi.

Çili Prezidenti Sebastiyan Pinera axtarış-xilasetmə əməliyyatını izləmək üçün paytaxtdakı hava qüvvələri bazasına gedib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti