Dünyanın ən gənc Baş Naziri - FOTOLAR

 Dünyanın ən gənc Baş Naziri -  FOTOLAR
  09 Dekabr 2019    Oxunub:3958
Məlum olduğu kimi, Finlandiyanın yeni baş naziri 34 yaşlı Sanna Marin olacaq.
Azvision.az xəbər verir ki, xanım Marin həm dünyada, həm də Finlandiya tarixində ən gənc baş nazir oldacaq. İkinci yerdə 35 yaşlı Ukraynanın baş naziri Aleksey Qonçaruk gəlir.

Marinin namizədliyi Finlandiyanın hakim koalisiyasının aparıcı partiyası - Sosial Demokratlar tərəfindən təsdiqlənib.



S.Marin bundan əvvəl nəqliyyat və rabitə naziri vəzifəsində çalışıb. Seçkilərdə onun əsas rəqibi parlament fraksiyasının sədri Antti Lindtman olub. Keçən həftə sabiq Baş nazir Antti Rinne ölkədə poçt işçilərinin tətilinə dair kabinetdəki fikir ayrılıqlarına görə istefa verib.



Xatırladaq ki, bu ilin yazında seçkinin nəticələri əsasında yaradılan Finlandiyada mərkəz sol hakim koalisiyaya beş partiya daxildir. Tarixində ilk dəfə olaraq ölkə “Qadınlar beşliyi” tərəfindən idarə ediləcək. Çünki koalisiyadakı digər partiyaların liderləri də qadınlardan ibarətdir.



Marin inzibati elmlər üzrə bakalavr təhsili alıb. Siyasi karyerasına erkən başlayıb və 2013-cü ildə Tamper Şəhər Şurasının sədri olub. 2014-cü ildə Sosial Demokrat Partiyasının vitse-prezidenti vəzifəsini tutub və ilk dəfə 2015-ci ildə parlamentə seçilib.









Pərvanə Sultanova
Azvision.az


Teqlər: Finlandiya   Başnazir  





Xəbər lenti